Azərbaycanlı məşqçi 5 oyunluq cəzalandı - SƏBƏB
11 dekabr 2019 13:43 (UTC +04:00)

Azərbaycanlı məşqçi 5 oyunluq cəzalandı - SƏBƏB

AFFA “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyevi cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisinin çalışdırıcısı barədə qərarı İntizam Komitəsi çıxarıb.

Qurum E.Dərgagquliyevin XIII  turun “Keşlə-2” ilə matçındakı hərəkətlərinə hüquqi qiymət verib. Hakimə qarşı təhqiredici ifadələr işlədən baş məşqçi 5 oyunluq diskvalifikasiya olunub. Bu səbəbdən klub 400 manat cərimə olunub.

# 820
avatar

Oxşar yazılar