Azərbaycana külli miqdarda narkotik gətirən iki nəfər saxlanıldı
11 dekabr 2019 11:37 (UTC +04:00)

Azərbaycana külli miqdarda narkotik gətirən iki nəfər saxlanıldı

 


Dekabrın 8-i Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində xidmətin əməkdaşları özlərini şübhəli aparan “Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı maşındakı iki nəfəri saxlayıblar.

Lent.az-a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 750 qram (3 kiloqram tiryək, 1 kiloqram heroin, 750 qram metamfetamin və 2680 ədəd metadon - 40 markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri, 40 yaşlı Məmmədov Səyavuş Ramiz oğlu və 42 yaşlı təvəllüdlü Abdullayev Fariz Şaban oğlu olmaları, birincinin isə əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Fakt üzrə başlanılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

# 1040
avatar

Mehman Nəbiyev

Oxşar yazılar