Yevlaxda xəstəxanada yanğın olub, xəstələr təxliyə edildi
11 dekabr 2019 11:23 (UTC +04:00)

Yevlaxda xəstəxanada yanğın olub, xəstələr təxliyə edildi

Yevlax şəhər Mərkəzi Xəstəxanasında yanğın olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, xəstəxananın yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 792
avatar

Oxşar yazılar