"EuroHome" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb - RƏSMİ
10 dekabr 2019 11:28 (UTC +04:00)

"EuroHome" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb - RƏSMİ

 

"EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O qeyd edib ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 250-dən çox canlı qüvvə cəlb olunub.

"Həyata keçirilən tədbirlər nəticəsində yanğın tam məhdudlaşdırılıb", - deyə nazir müavini vurğulayıb

# 1964
avatar

Oxşar yazılar