Bu il 39 hakim barəsində intizam icraatı başlanılıb
10 dekabr 2019 11:20 (UTC +04:00)

Bu il 39 hakim barəsində intizam icraatı başlanılıb

 

“Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb”.

APA-nın məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə keçirilən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbirdə deyib.

Cavid Hüseynov deyib ki, 2 hakimin səlahiyyətlərinə xitam verilib və 6 hakim isə işdən azad olunub. 

S.Hüseynov hər məhkəmədə bir hakimin ayrılması və həmin hakimin media ilə işləməsi barədə verilən qərarın əhəmiyyətli olduğunu qeyd edib: “İlkin mərhələdə hakimlərin media üzrə məsul olması daha məqbuldur. Bu proses ilk növbədə Bakı, Abşeron və Sumqayıtda həyata keçiriləcək”. 

# 694
avatar

Oxşar yazılar