Ərdoğan: “Bu məsələdə heç kimdən icazə almayacağıq”
10 dekabr 2019 00:20 (UTC +04:00)

Ərdoğan: “Bu məsələdə heç kimdən icazə almayacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Liviyadakı vəziyyəti müzakirə etmək üçün telefonla danışmaq niyyətindədir. 

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ərdoğan TRT-dən yayımlanan müsahibəsində deyib ki, rusiyalı həmkarı ilə yanvarın 8-də “Türk axını” layihəsi çərçivəsində İstanbulda görüşəcək. 

Lakin Ərdoğan vurğulayıb ki, həftə içində Liviyada vahid hakimiyyəti ələ keçirmək istəyən Liviya Milli Ordusunun rəhbəri feldmarşal Xəlifə Həftər Benqazi ilə bağlı Putinlə danışmaq planı var. 

Türkiyə Prezidenti deyib ki, Həftər Benqazi tərəfindən Liviya üçün bir təhlükə yaranacağı halda rəsmi Ankaranın hərbi müdaxilə edəcəyi gözləniləndir: “Liviya hökuməti bu dəstəyi istəsə, Türkiyə müvafiq qərar verəcək. Biz bu məsələdə heç kimdən icazə almayacağıq. Türkiyə Liviyaya hər cür dəstək verməyə hazırdır".

Qeyd edək ki, hazırda Liviya faktiki olaraq 3 hissəyə bölünüb. Birinci hissə beynəlxalq birliklər tərəfindən tanınan və Liviyanın qərbindəki Tripolidə yerləşən hökumətdir ki, bu hökumətə Fayez Sarac başçılıq edir. İkincisi, Liviyanın əsas neft yataqları olan şərq hissəsidir ki, bura Həftər Benqazinin nəzarətindədir. Üçüncü isə Saxara səhrasıdır. Burada İŞİD də daxil olmaqla, çoxsaylı terror qruplaşmaları mövcuddur. Liviyanın cənubunda – üçüncü hissədə  tam hakimiyyətsizlik hökm sürür. 

 

# 1800
avatar

Oxşar yazılar