Vyaçeslav Koloskov “Qəti şəkildə əminəm ki, WADA-nın qadağaları futbola toxunmayacaq”
09 dekabr 2019 15:38 (UTC +04:00)

Vyaçeslav Koloskov “Qəti şəkildə əminəm ki, WADA-nın qadağaları futbola toxunmayacaq”

“Futbol üzrə dünya çempionatında öz bayrağımız altında çıxış edəcəyik? Öncə həmin turnirə vəsiqə qazanmaq lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov deyib.

O, Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin Rusiya ilə bağlı çıxardığı qərara münasibət bildirib. V.Koloskov 4 il müddətində Olimpiya Oyunları və dünya çempionatlarında öz bayrağı altında çıxış etmək, mundialların təşkili və bunun üçün sifarişlərin verilməsinə qoyulan qadağanın futboldan yan keçəcəyini düşünür: “Seçmə mərhələ barədə isə heç nə deyə bilmərəm. Hələlik FİFA-dan reaksiya yoxdur. Bu mövzuda səliqəli düşünmək olar. Amma mən qəti şəkildə əminəm ki, bu qadağalar futbola toxunmayacaq. Avropa çempionatında isə dəqiq öz bayrağımız altında çıxış edəcəyik”.

# 980
avatar

Oxşar yazılar