"Niva"nı aşırdı, arvadı dünyasını dəyişdi
09 dekabr 2019 13:56 (UTC +04:00)

"Niva"nı aşırdı, arvadı dünyasını dəyişdi

Ötən həftənin şənbə günü yollarda baş verən 3 ağır yol qəzasında 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla həmin qəzaları təqdim edir.

İlk ağır qəza dekabrın 7-də saat 17 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində baş verib. Şəhər sakini İ.Dünyamalıyevin idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Müşfiq Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə M.Abdullayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Saat 18 radələrində isə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Sahib Ələkbərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər hadisə saat 22 radələrində Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində baş verib. Adnalı kənd sakini B.Şirəliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb. Qəza nəticəsində avtomobildə olan arvadı Könül xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Günün son ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi saat 23 radələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində baş verib. Kənd sakini İ.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü  və  3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ramal Abışov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

# 1319
avatar

Mehman Nəbiyev

Oxşar yazılar