Röya italiyalı robotla mahnı oxudu
09 dekabr 2019 06:31 (UTC +04:00)

Röya italiyalı robotla mahnı oxudu

Tanınmış müğənni, Xalq artisti Röya dünya şöhrətli robotla birgə mahnı oxumaq üçün “Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” stendini ziyarət edib.

Nazirlikdən Lent.az-a bildirilib ki, Röya Ayxan sözləri və müsiqisi Zülfi Bədəlova məxsus “Mənə sevgindən bəhs et” mahnısını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” zonasında İtaliyadan gətirilən, dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə ifa edib.

Qeyd edək ki, məhşur pianoçu TEOTRONİCO “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün İtaliyadan Bakıya gətirilib.

# 1215
avatar

Oxşar yazılar