Rusiyada yol qəzasında 12 piyada yaralanıb, 1 nəfər ölüb
07 dekabr 2019 21:45 (UTC +04:00)

Rusiyada yol qəzasında 12 piyada yaralanıb, 1 nəfər ölüb

 

Rusiyanın Nijni Novqorod şəhərində zəncirvari qəza baş verib. 

APA TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində dörd avtomobil bir-birinə çırpılıb. 

Zərbənin gücündən avtomobillərdən biri idarəetmədən çıxaraq yolu keçən məkrəbliləri vuruv. 

Yerli polisin məlumatına görə, hadisə nəticəsində 11 şagird və onlara rəhbərlik edən 2 rəhbər müxtəlif dədəcəli xəsarətlər alıb. 

Hadisə şəhərdəki teatr binasının qarşısında piyada keçidində baş verib. Teatra tamaşaya baxmağa gələn məktəblilərin 9-cu sinif şagirdi olduğu bildirilir. 

Yaralılar dərhal şəhər xəstəxanasına yerləşdirilib. Səhiyyə Nazirliyinin regional şöbəsindən bildirilib ki, rəhbərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma başlanılıb.

 

# 832
avatar

Oxşar yazılar