Alternativ nəqliyyat: həm qatar, həm təyyarə
07 dekabr 2019 19:07 (UTC +04:00)

Alternativ nəqliyyat: həm qatar, həm təyyarə

"Manyone" şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, özündə təyyarə və qatarın üstünlüklərini birləşdirən "AeroSlide" adlı konsept adi relslər əvəzinə, innovativ maqnit halqalar sistemindən istifadəni nəzərdə tutur. Qatar məhz halqaların daxilində sürətlə hərəkət edəcək.

"AeroSlide" qatarı quraşdırılmış maqnit halqalar daxilində hərəkət etməklə yerə toxunmayacaq. Elektromaqnit sahələr sayəsində 250 metrlik qatar saatda 800 km sürətlə hərəkət edəcək. Bundan başqa, alimlər tərəfindən qatarın çəkisinin azaldılması üçün üsul kəşf edilib. Alimlərin fikrincə, buna helium rezervuarlar vasitəsilə nail olmaq mümkün olacaq.

Şirkət mütəxəssisləri tərəfindən artıq qatarın mümkün marşrutu hesablanıb. "AeroSlide" qatarının Avropa, Asiya və Afrikanın 41 şəhərindən keçəcəyi nəzərdə tutulur. Alimlərin sözlərinə görə, yeni nəqliyyat Moskvadan Şanxaya olan məsafəni 10 saata qət edəcək.

# 2086
avatar

Oxşar yazılar