"Ali məktəblərimizdə magistr təhsili düzgün qurulmayıb" - YENİ TƏKLİFLƏR
07 dekabr 2019 11:30 (UTC +04:00)

"Ali məktəblərimizdə magistr təhsili düzgün qurulmayıb" - YENİ TƏKLİFLƏR

Son günlər Azərbaycanda ali təhsilin magistr pilləsinə qəbul ətrafında müzakirələr aparılır. Müzakirələrin nəticəsi olaraq irəli sürülən təkliflər müvafiq qurumlara təqdim olunub. Ekspertlər magstr pilləsinə qəbul prosesinin, təhsilin bu pilləsində tədrisin tənzimlənməsini vacib sayır.

Lent.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov magistr təhsilinin təşkili ilə bağlı fikirlərini açıqlayıb, bir sıra təkliflər irəli sürüb.

Onun  sözlərinə görə, Azərbaycan ali məktəblərinin əksəriyyətində magistr təhsili düzgün qurulmayıb və rektorlar bu məsələni qaydaya qoymalıdır: “Əsasən, ali məktəblərdə magistr elmi-ixtisas dərəcəsini almaq üçün tələbələr hər semestr 5-6 imtahan verməli, kollokvium , fərdi iş, gündəlik qiymətləndimədə iştirak etməlidirlər . Sual olunur, magistr təhsilinin bakalvr təhsilindən fərqi nədir?

Magistr təhsili dünyanın qabaqcıl ölkələrində, əsasən, magistrantın tədqiqat bacarıqlarının inkişafına yönəlib. Belə ki, magistrın gündəlik qiymətləndirilməsi yoxdur, hər semestrin sonunda magistrantlar öz məqalələrini nüfuzlu jurnallarda və ya elmi konfranslarda çap etdirirlər. Ali təhsil müəssisələri magistr təhsilinin məzmununa fikir versələr, daha yaxşı olar”.

K.Əsədov onu da vurğulayıb ki, magistr üçün təhsil haqları azaldılmalı, onların elmi tədqiqat işləri ilə məşğul olmaları üçün qrant layihələri verilməlidir: “Təklif edirəm ki, humanitar ixtisaslar üzrə magistr plan yerləri azaldılsın, əvəzində  texnologiya, informasiya və onun təhlükəsizliyi, kənd təsərrüfatı, iqtisadiyyat ixtisaslarının plan yerləri artırılsın. Magistr imtahanları isə yalnız ixtisas və xarici dildən olmalıdır”.

 

# 2585
avatar

Aygün İbrahimli

Oxşar yazılar