Siyavuş Novruzov: "Ağacəkməyə müxalifətin mitinqindən çox adam gəlib"
06 dekabr 2019 12:28 (UTC +04:00)

Siyavuş Novruzov: "Ağacəkməyə müxalifətin mitinqindən çox adam gəlib"

"Bugünkü ağacəkmə kampaniyasına müxalifətin mitinqindən çox adam gəlib".

Lent.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Siyavuş Novruzov bu gün keçirilən ağacəkmə kampaniyasında deyib. O bildirib ki, heç müxalifətin mitinqinə bu qədər adam gəlmir:

"Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə keçirilən ağacəkmə kampaniyasına gələn adamların sayı müxalifətin mitinqinə gələn adamların sayından dəfələrlə çoxdur".

Qeyd edək ki, dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dekabrın 6-da ölkənin regionlarında ümumilikdə 650 min ağac əkilib. Kampaniyada tanınmış ictimai və mədəniyyət xadimləri, deputatlar və digər hökumət nümayəndələri iştirak edib.

# 1831
avatar

Mehman Nəbiyev

Oxşar yazılar