Bu aydan sosial kirayə mənzili ala biləcəksiniz: "Adambaşına ..."
06 dekabr 2019 10:03 (UTC +04:00)

Bu aydan sosial kirayə mənzili ala biləcəksiniz: "Adambaşına ..."

"Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından sonra aydınlıq üçün qeyd etmək istəyirəm ki, söhbət satın almaq məqsədi ilə kirayə mənzil fondundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir".

Bu barədə Lent.az-a iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. O bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edilib:

"Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər.

Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlik prinsipi əsasında aparılır. Satın almaq məqsədi ilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhədlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir.

Əlavə edim ki, vətəndaşlar elektron ipoteka portalı və ya "ASAN xidmət" vasitəsi ilə müraciət edə biləcəklər".

# 18979
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar