Bakıda 2 maşın toqquşub, 1 nəfər xəsarət alıb - FOTO
06 dekabr 2019 00:42 (UTC +04:00)

Bakıda 2 maşın toqquşub, 1 nəfər xəsarət alıb - FOTO

 

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə ASAN Xidmət mərkəzinin yaxınlığında baş verib.

Abdullayev Elçin Yusif oğlu idarə etdiyi "NAZ Lifan" markalı minik avtomobili ilə hərəkətdə olarkən işıqforjn qırmızı işığından keçərək yoluna davam edib.

Bu zaman onun avtomobili Qasımov Ramin Mahir oğlunun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsinə dəyib.

Zərbənin gücündən "Opel" yol kənarındakı marketə çırpılıb.

Qəza nəticəsində "NAZ Lifan"da olan sərnişin, 17 yaşlı Ağayev İlkin Rafael oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

 

# 862
avatar

Oxşar yazılar