Rafael Dadaşov palataya köçürüldü
05 dekabr 2019 17:20 (UTC +04:00)

Rafael Dadaşov palataya köçürüldü

“Rafael Dadaşovun vəziyyəti yaxşılaşmağa doğru gedir”.

Bu barədə APA-ya Xalq artisti Rafael Dadaşovun oğlu Ayxan Dadaşov məlumat verib.  

Onun sözlərinə görə, Xalq artisti artıq reanimasiyadan palataya köçürülüb, onun səhhəti stabilləşməkdədir.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

# 1826
avatar

Oxşar yazılar