“Real” “El Klasiko”ya ciddi itki ilə çıxacaq
05 dekabr 2019 16:56 (UTC +04:00)

“Real” “El Klasiko”ya ciddi itki ilə çıxacaq


Madrid “Real”ı bu ay baş tutacaq “El Klasiko”ya ciddi itki ilə çıxacaq. Lent.az-ın məlumatına görə, “kral klubu” əzəli rəqibi “Barselona” ilə oyunda yayda heyətinə qatdığı Eden Azarın xidmətindən istifadə edə bilməyəcək.

Buna səbəb belçikalı futbolçunun zədəli olmasıdır. “Real” ötən həftə Azarın sağ ayağından zədələndiyini rəsmi olaraq açıqlamışdı. 28 yaşlı yarımmüdafiəçinin nə qədər müddətə sıradan çıxdığı hələ dəqiqləşməsə də, həkimlər onun “El Klasiko”nu buraxacağını açıqlayıblar.

Qeyd edək ki, “El-Klasiko” dekabrın 18-də “Nou Kamp” stadionunda keçiriləcək.

# 1100
avatar

Rizvan Babayev

Oxşar yazılar