Şirkətdən 40 min manat oğurlandı
05 dekabr 2019 12:11 (UTC +04:00)

Şirkətdən 40 min manat oğurlandı

 

Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən arxitektur şirkətində qeydə alınıb.

Bakı şəhər sakini Saməddin Heydərov hüquq-mühafizə orqanlarına müraciət edərək çalışdığı şirkətdəki seyfdən 40 min manat pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalara başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar