628
04:54
05 Dekabr 2019

Türkiyə gələn il Kipr sahillərindəki karbohidrogen yataqlarında 5 quyu açacaq

Ankara 2020-ci ildə Şərqi Aralıq dənizinin Kipr şelfinə aid hissəsindəki karbohidrogen yataqlarında beş quyu mağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Türkiyə Kiprinin “Bayrak” teleradio yayım şirkəti Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Türkiyə Böyük Millət Məclisində (TBMM) səsləndirdiyi məlumatlara istinadən məlumat yayıb.

Bildirilir ki, Türkiyə Şimali Kipr Türk Çümhuriyyəti (KKTC) tərəfindən verilən lisenziyalar əsasında gələn il bu sahədə qazma işlərini davam etdirəcək. Nazirlikdən verilən məlumata görə, “Fatih” və “Yavuz” qazma gəmiləri Şərqi Aralıq dənizində neft və qaz tapmaq məqsədi ilə tədqiqat işlərini davam etdirir, 22 noyabrda bu sahənin dördüncü hissəsində qazma işlərinə başlanılıb.

2023-cü ilə qədər Türkiyə Şərqi Aralıq dənizində karbohidrogen yataqlarının kəşfi ilə əlaqədar 26 quyu qazmağı planlaşdırır.

Dİgər xəbərlər