Bir neçə gündür Nizami rayonu, Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.
Lent.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs hər abonentdən 10 manat tələb edib:
“Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir".
Qeyd edək ki, həmin şəxs müşahidə kameralarına düşüb.
Sözügedən videonu təqdim edirik.