Rusiyada avtobusla yük maşını toqquşub, 7 nəfər yaralanıb
04 dekabr 2019 05:23 (UTC +04:00)

Rusiyada avtobusla yük maşını toqquşub, 7 nəfər yaralanıb

 

 

Moskvanın Odintsovo şəhər dairəsində Belarusdan gələn sərnişin avtobusu “M1” federal şossesinin 24-cü kilometrliyində  yük maşını ilə toqquşub. 

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb. 

Qəza nəticəsində avtobusda olan 48 sərnişindən 7-si müxtəlif dərəcəli xəsarət alıb.

Avtobusdakı sərnişinlər hadisə yerindən bir kilometr aralıda yerləşən “Matveyevskoye” otelinə yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939

Oxşar yazılar