494
19:06
03 Dekabr 2019

Evlərdən pul və qızıl oğurlayanlar tutuldu


Samuxda evdən 4500 manat oğurlanıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini M.Hüseynov saxlanılıb.

Bakıda isə evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılıb.