Nazirlər Kabinetində bu şöbələr ləğv edildi
02 dekabr 2019 18:01 (UTC +04:00)

Nazirlər Kabinetində bu şöbələr ləğv edildi

Nazirlər Kabinetinin Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi ləğv edilərək onun əsasında Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.

Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv edilib.

Nazirlər Kabineti Aparatında Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi də ləğv edilib.

Bu şöbənin əsasında Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi və Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi yaradılıb.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Müsəddiq Məmmədov olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2966

Oxşar yazılar