386
10:34
02 Dekabr 2019

Lənkəran sakinini Bakıda maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Qardadağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Əliyar Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu kəçən, Lənkəran sakini Zaur Ağayevi vurub, sonra isə yolun kənarındakı "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.