813
17:24
30 Noyabr 2019

Günel onlara "çör-çöp" dedi - VİDEO

"Çıxıb, ona-buna söz atırlar. Onları müğənni kimi qəbul etmirəm. Bilinmir onları haradan tutub gətiriblər".

Lent.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Show news" verilişinə açıqlamasında deyib. Sənətçi yeni çıxan ifaçıları tənqid edib. Günel bildirib ki, aparıcılar onu verilişə istedadı olmayan ifaçılarla çağırır:

"Səni verilişə dəvət edib, "Youtube"da fenomen olanı sənlə üz-üzə qoyur. Soruşur, bunu bəyənirsən? Ayıbdır, olmaz. Belə çör-çöpləri görüb efirə çıxmaq istəmirik. Çoxları gələ bilər, amma necə gəlirlər, elə də gedirlər. Bizim vaxtımızda oxuyanların öz yeri var. Yeni gələnlər bizim yerimizi zəbt etmir. Biz on il sonra da gəlsək, yerimizi tuta biləcəyik. Hayla gələn, vayla gedir. Onların ulduz olmağına çox var. Onlar kimdir? Özlərini madam kimi aparırlar".