YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illik yubileyləri qeyd ediləcək
29 noyabr 2019 11:31 (UTC +04:00)

YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illik yubileyləri qeyd ediləcək

Bu il milli teatr mədəniyyətində özəl yerə malik YUĞ Dövlət Teatrının yaranmasının 30, teatrın banisi görkəmli rejissor Vaqif İbrahimoğlunun 70 illik yubileyidir.

Lent.az xəbər verir ki, mədəniyyət nazirinin əmrinə əsasən, teatrın və onun yaradıcısı V.İbrahimoğlunun yubileyi yüksək səviyyədə qeyd olunur.

Teatrın bütün yaradıcı heyətinin iştirakı ilə hazırlanan yubiley tədbiri dekabr ayının 3-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində olacaq.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərovun sözlərinə görə, tədbirdə əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 30 illik fəaliyyəti əks etdirən fotolardan ibarət sərgiyə baxacaqlar. Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgidə teatrın yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərini ehtiva edən fotoşəkillər nümayiş olunacaq.

Yubiley tədbirində teatrın müxtəlif tamaşalarından parçalar nümayiş olunacaq, Vaqif İbrahimoğlunun Azərbaycan mədəniyyətinə bəxş etdiyi teatrın YUĞ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər salınacaq.

 

# 1579
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar