“Ulduz” filminin yenilənmiş versiyasının təqdimatı olacaq
29 noyabr 2019 09:25 (UTC +04:00)

“Ulduz” filminin yenilənmiş versiyasının təqdimatı olacaq

Gələn il ölkəmizdə xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş “Ulduz” filminin ekranlara çıxmasının 55 illiyi qeyd olunacaq.

Mədəniyyət Nazirliyindən Lent.az-a bildirilib ki, bu münasibətilə “Balans” milli rəqəmsal studiyası filmi bərpa edib.

Film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb.

Filminin yenilənmiş versiyası dekabrın 3-də Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq.

Ekran əsərinin nümayişinə giriş sərbəstdir.

# 1754
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar