464
19:11
28 Noyabr 2019

Türkiyə Makronu terrorçuluğu dəstəkləməkdə ittiham etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun “Barış bulağı” hərəkatı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə XİN başçısı Fransa Prezidentini terrorizmə dəstək verməkdə ittiham edib.

“Biz terror təşkilatına qarşı mübarizə aparırıq. O, terror təşkilatının hamisidir. Əgər mənim müttəfiqim terror təşkilatıdır deyirsə, ona verəcək cavabımız var. Makron unutmasın ki, Türkiyə NATO-nun müttəfiqidir. Makron belə çıxışlarla Avropanın lideri ola bilməz. Avropada bir boşluq var deyib, mən liderim olum deyə çabalayır. Liderlik təbiidir”, - Çavuşoğlu vurğulayıb.