Əli Əhmədovdan YAP-ın növbədənkənar qurultayı ilə bağlı açıqlama
28 noyabr 2019 15:28 (UTC +04:00)

Əli Əhmədovdan YAP-ın növbədənkənar qurultayı ilə bağlı açıqlama

“İndiyə qədər keçirilən parlament seçkilərindən əvvəl YAP-ın qurultayının keçirilməsinə zərurət yaranmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilib-keçirilməyəcəyi barədə sualı cavablandıran YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, namizədləri müəyyənləşdirmək üçün YAP-ın müvafiq qurumları var: “Biz istəyərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun. Maksimum səy göstərəcəyik ki, irəli sürdüyümüz namizədlər seçicilərin etimadını doğrultsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1372

Oxşar yazılar