Çempionlar Liqasında qrup mərhələsinin beşinci turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.
Bunlar Keylor Navas (PSJ), Robert Levandovski (“Bavariya”), Lionel Messi (“Barselona”) və Romelu Lukakudur (“İnter”).
Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı noyabrın 29-da açıqlanacaq.