"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilər
28 noyabr 2019 03:10 (UTC +04:00)

"Qarabağ" Sevilyada tarixi uğura bir addım da yaxınlaşa bilər

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu İspaniyada “Sevilya” ilə görüşəcək.

A qrupunda 1-ci yeri təmin edən Sevilyanın eyniadlı təmsilçisi üçün görüşün heç bir əhəmiyyəti yoxdur. “Qarabağ” üçün isə V turun görüşü mühüm xarakteri daşıyır.

İkinci yeri tutaraq 1/16 finala yüksəlmək üçün vuruşan Qurban Qurbanovun yetirmələri Bakıda 0:3 hesabı ilə uduzduğu rəqibdən xal almalıdır. Komandalar arasında səviyyə fərqinin böyüklüyü bunu mümkünsüzə çevirsə də, rəqibin özü üçün formal matça çıxması təmsilçimizin lehinədir. Motivasiyasız olan rəqibdən xal almaq, hətta qalib gəlmək də mümkündür.

Bu, “Qarabağ”ı 1/16 finala bir addım da yaxınlaşdıracaq. Son turda qrupun autsayderi “Düdelanj”ı qəbul edəcək Azərbaycan çempionu bu matçların nəticəsindən asılı olaraq 2-ci yeri qaytara bilər. Səfərdəki bir xal avrokubokların ikinci yarısına, 1/16 finala yüksələn ilk komandamız kimi tarix yazmaq şansını saxlamaq imkanı verir.

Ağdamlılar “Sevilya”ya məğlub olsa, komandanın qrupdan çıxmaq şansı rəsmən tükənə də bilər. Çünki ispaniyalılar evdə, “Düdelanj”ın qonağı olacaq APOEL Lüksemburqda qalib gəlsə, son turun nəticəsindən asılı olmayaraq Kipr çempionu 1/16 finala yüksələcək. Buna imkan verməmək üçün Q.Qurbanovun komandası İspaniyada uduzmamalıdır.

Əgər V tur uğursuz sonluqla nəticələnsə, bu, fiasko kimi dəyərləndiriləcək. Çünki əvvəlki illərdən fərqli, cari mövsümün startından püşkatmada bəxti gətirən çempion qrupda da münasib rəqiblərlə düşüb. Mərhələ adlamaq üçün demək olar ən asan qrupda yer alan ağdamlılar “Sevilya”nın aşkar favorit, “Düdelanj”ın autsayder olduğu “dördlük”də APOEL-i üstələməlidir. Əyani dueldə kiprlilərə uduzan təmsilçimiz qiyabi mübarizəni son tura daşımalıdır ki, “Düdelanj”la Bakıdakı matçda tarix yazsın.

Qeyd edək ki, həm “Sevilya” – “Qarabağ”, həm də “Düdelanj” – APOEL görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi
V tur, 28 noyabr
A qrupu
00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Mohammed Əl-Hakim
Baş hakimin köməkçiləri: Fredrik Kliver, Mahbod Beigi
Dördüncü hakim: Martin Stromberqsson (hamısı İsveç)
Hakim-inspektor: Laurent Duhamel (Fransa)
UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya)
Sevilya. Ramon Sançes Pisxuan stadionu

1

Sevilya

4

4

0

0

12-0

12

2

APOEL

4

1

1

2

7-8

4

3

Qarabağ

4

1

1

2

7-8

4

4

Düdelanj

4

1

0

3

7-15

3

 

# 1092
avatar

Oxşar yazılar