
Boğazı kəsilərək öldürülən qadının uşağını ala bilmirlər - Nənəsi danışır
İki gün əvvəl qardaşı tərəfindən dəhşətli şəkildə öldürülən Aytən Fərzalıyevanın 9 aylıq körpəsi sığınacaqda qalır.
Bu barədə Lent.az-a Aytənin qayınanası Gülbəniz Kərimova məlumat verib. O, uşağın sığınacaqdan çıxarılıb evə gətirilməsi üçün ölüm haqqında kağızın və məhkəmə sənədinin lazım olduğunu bildirib. Gülbəniz Kərimova həmçinin Aytənin bu gün torpağa tapşırılacağını da qeyd edib:
“Hazırda Aytənin meyiti məsciddədir. Məsciddən götürüb evə, daha sonra isə Mehdiabad qəbiristanlığına aparacağıq. Gəlinimi onun ana və bacısının yanında deyil, öz qohumlarımızın yanında dəfn edəcəyik. Aytənin meyitinin daşınması üçün Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə avtomobil göndərib. Bütün qohum-qonşularımız bizdə evdədir. 9 aylıq nəvəm isə hələ də Kəmalə xanımın sığınacağında qalır. Sığınacaqdan çıxarılması üçün Aytənin ölüm kağızı və məhkəmə sənədi lazımdır”.
Qeyd edək ki, hadisə 24 noyabrda axşam saatlarında baş verib. 23 yaşlı paytaxt sakini Babək Fərzalıyev bacısı 20 yaşlı Aytən Fərzalıyevanı ana və bacısının qəbirinin üstünə apararaq onun boğazını kəsib. Gənc qadın hadisə yerində ölüb.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Yaşadığı evdə asılmış meyiti tapıldı
23 yanvar 2021 , 02:20
Daha bir vəzifəli şəxs TUTULDU
22 yanvar 2021 , 22:34
Masallının Baş həkimi saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
22 yanvar 2021 , 20:52
Azərbaycanda qadın su kanalında boğuldu
22 yanvar 2021 , 19:37
Azərbaycanda xəstə kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını...
22 yanvar 2021 , 19:19Bakıda polis maşını qəzaya səbəb oldu
22 yanvar 2021 , 19:02Sosial şəbəkələrdə narkotik təbliğ edən saxlanıldı - FOTO
22 yanvar 2021 , 18:34
Bakıda 6 evdən oğurluq edən tutuldu - FOTOLENT
22 yanvar 2021 , 15:11