Bədənlərindəki döymələrdən milyonlar qazanan gözəllər
26 noyabr 2019 19:53 (UTC +04:00)

Bədənlərindəki döymələrdən milyonlar qazanan gözəllər

Bu modellər bədənlərinə başdan ayağa döymə etdiriblər və heç bir şeyə peşman deyillər. Bu cür "dəyişikliklər" sayəsində dünyanın hər yerindən minlərlə abunəçi qızlara maraq göstərir. Onlar bununla yaxşı qazanc əldə etməyi də öyrəniblər.

Lent.az xarici KİV-ə istinadla onları təqdim edir.

Ember Lyuk

Avstraliyanın Brisben şəhərindən olan Ember son bir neçə ildə döymələrinə yarım milyon rubldan çox xərcləyib. Əlbəttə, bütün investisiya ödənilib. İndi bədənindəki rəsmlər onun kapitalıdır, uzun müddət onun dolanışığını təmin edəcək. Ember foto və videolarını satır. Onun OnlyFans akkuantına abunə olmaq üçün ayda 1500 rubl ödənməlidir.

Riae 

Riae artıq döymə həvəskarları cəmiyyətində əfsanəyə çevrilib. Onun "Instagram" səhifəsinə təxminən 3 milyon insan abunə olub. Sosial şəbəkə siyasəti çılpaqlığı qadağan etsə də, Riaenin çılpaq fotolarını tapmaq çətinlik törətmir.

Mara İnkperial

Almaniyalı model Mara İnkperial öz şəkillərindən qazanc əldə etməkdən utanmır. Əlbəttə, bunu “Yaşlılar üçün” xatırlatması ilə edir. O, belə görüntüləri OnlyFans-da yayımlayır, ancaq "Instagram"da da açıq-saçıq fotoları kifayət qədərdir.

Vinus Starr

Yeni Zelandiyadan olan bu modelin “Instagram”da təxminən 160 min abunəçisi var. “Bu insanlar hansı məqsədlə onu oxuyur” sualını vermək yersizdir – hər şey aydındır. Vinusun həmçinin Patreon akkauntu da var və hələ ki 18 nəfər izləyici toplayıb. Bu da pis göstərici hesab olunmur.

Cill Hardener

Cill Berlində yaşayır. Onun fotosunu və videosunu rahat əldə etmək üçün ayda 450 rubl ödəmək lazımdır. Çətin qazandıqları pulları vermək istəyənlərin sayı daha çoxdur.

Brittni Beylis

Bu döymə kodeli Sidneydə yaşayır. Qızın “Instagram”dakı yenilənmələrini yarım milyondan çox insan izləyir. Əlbəttə, OnlyFans akkuantı olmadan da keçinmək olmaz. Gözəl qız orada hələ heç kəsin görmədiyi “eksklüziv məzmunlu” fotolarını paylaşır. 

Kelli Şea

Kellinin də bədəni döymə ilə örtülüb, ancaq fanatları onu təkcə buna görə sevmirlər. Amerikalının forması mimimum 180 min abunəçinin zövqünə uyğun gəlir.

# 3152
avatar

Oxşar yazılar