Bakıda özünü binadan atmaq istəyən xilas edildi - YENİLƏNİB
25 noyabr 2019 18:52 (UTC +04:00)

Bakıda özünü binadan atmaq istəyən xilas edildi - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda intihara cəhdin qarşısının alınması faktı ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər 5 mərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

***

18:38

Bakıda intihara cəhdin qarşısı alınıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, “Memar Əcəmi” metro stansiyası yaxınlığında qeydə alınıb. Naməlum kişi 4 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Aparılan danışıqlar nəticəsində intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq mümkün olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar