"Türk filmləri həftəsi"ndəki filmlər
25 noyabr 2019 15:37 (UTC +04:00)

"Türk filmləri həftəsi"ndəki filmlər

Bu gün “Nizami” Kino Mərkəzində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Agentliyinin və “Nizami” Kino Mərkəzinin dəstəyi ilə beşinci “Türk filmləri həftəsi” start götürür.

Lent.az xəbər verir ki, “Türk filmləri həftəsi”nin açılış mərasimində Türkiyə Cümhuriyyətinin tanınmış şəxsləri-“Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar və ekran əsərinin aktyorları Yeliz Kuvancı ve Nisa Sofiya Aksongur, “Çakallarla Dans-5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan və digər şəxslər iştirak edəcək. Açiliş mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat zalında KİV nümayəndələri üçün mətbuat konfransı keiriləcək. Rəsmi hissədən sonra rejissor Şükrü Alaçamın “Locman” bədii filmi nümayiş olunacaq.

Həftə ərzində nümayiş olunacaq filmlərin anonslarını təqdim edirik:

“Locman”

25-noyabr (saat 20.00)

26 noyabr (saat 17.00)

Şükrü Alajamın filmi bir maşinistin həyat hekayəsini danışır. Ailəsi ilə birgə başqa şəhərə köçən maşinistə vəd verilən ev gecikir. Maraqlı hadisələrdə bundan sonra başlayır.

“Kapan”

26 noyabr (saat 19.00)

28 noyabr (saat 19.00)

Kudret Sabancının filmində Antaliyanın ən zəngin adamlarından biri olan Süleymanın ailə dramından bəhs edir. Belə ki, Süleymanın oğlunun rəfiqəsi onun gözləri qarşısında faciəvi şəkildə öldüyü zaman onun həyatı dəyişir və hadisələr də axarınca davam edir.

“Annem”

27 noyabr  (saat 17.00)

29 noyabr (saat 19.00)

Filmdə ana ilə qızın hekayəsindən bəhs olunur. Nazlı anasından utanan universitetə daxil olmaq arzusunda olan gənc qızdır. Onun anası fədakar qadındır, qızının naminə hər şeyə hazırdır. Tələbə vəsiqəsi qazanan Nazlı ilk vaxtlar anasından uzaq düşsə də sonralar hər şey öz yoluna düşür.

“Çakallarla dans-5”

27 noyabr (saat 19.00”

28 noyabr (saat 17.00)

Filmdə həbsxanadan azadlığa çıxmış, lakin məhkəmənin qərarı ilə bir-birinə 100 metr yaxınlaşa bilməyən dostlardan bəhs edir. Dostlar bu qadağanı aradan qaldırmaq üçün hər şeyi edirlər.

“Rafadan tayfa” (cizgi filmi)

29 noyabr (saat 17.00)

“Rafadan Tayfa” cizgi filmində məktəblilər gizli bir yeraltı labirint haqqında məlumat alırlar. Kitabxanada labirintin xəritəsini əldə edirlər və  beləliklə də yeraltı tunelləriə səfər etməyə qərar verirlər.

Kinosevərlərin diqqətinə çatdıraq ki, filmlərin nümayişlərinə giriş sərbəstdir. Azərbaycan Kinematoqrafçılar İttifaqı.

 

 

# 1876
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar