Sürüşmə zonasında son vəziyyət - RƏSMİ AÇIQLAMA
25 noyabr 2019 12:07 (UTC +04:00)

Sürüşmə zonasında son vəziyyət - RƏSMİ AÇIQLAMA

“Sürüşmə baş verən əraziyə həm insanların, həm də nəqliyyat vasitələrinin giriş və çıxışları tamamilə bağlanıb”.

Bu sözləri Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov deyib. O bildirib ki, Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyi təmin etmək məqsədilə ərazini nəzarətə götürüb:

“Əraziyə baxış keçirilib və dövlət tərəfindən müvafiq tədbirlər görüləcək.

Bibiheybətdə sürüşmə prosesi təxminən 300 metrə yaxın sahəni əhatə edir. Sözügedən ərazinin 150 metr məsafəsində uçqun sürüşməsi qeydə alınıb, digər hissədə isə çatlar müşahidə olunub”.

Ə.Qaralov əlavə edib ki, sürüşmə zonasında proses başa çatmayıb və gərginlik qalmaqdadır.

Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonunda torpaq sürüşməsi baş verib və Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1667

Oxşar yazılar