Bakının Binəqədi rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
23 noyabr 2019 00:34 (UTC +04:00)

Bakının Binəqədi rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

 

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Binəqədi şossesində qeydə alınıb.

Qəza zamanı 4 avtomobil toqquşub. Xanım sürücülərin idarə etdiyi “Nissan” və “Subaru” markalı minik maşınları qarşı-qarşıya hərəkətdə olan zaman qəza baş verib. “Nissan”ın sürücüsü ötmə əməliyyatı etmək istəyib və onun idarə etdiyi avtomobil “Subaru”ya çırpılıb. Zərbənin təsirindən hərəkətdə olan “Volkswagen” və “Chevrolet” markalı minik maşınları da yol qəzasının iştirakçısına çevrilib.

Avtoqəza nəticəsində “Nissan” və “Subaru” markalı avtomobillərin sürücülərinin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi deyilir. Qəza zamanı əraziyə yanacaq dağıldığından və sürücü və sərnişinlər avtomobillərdə sıxılıb qaldığından Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub, zərərçəkmiş şəxslərə köməklik göstərilib.

Qeyd edək ki, hadisənin qeydə alındığı avtomobil yolunda güclü tıxac da yaranıb, hərəkət bir neçə dəqiqəliyə məhdudlaşdırılıb.

Yol qəzasının təfərrüatları Binəqədi polisi tərəfindən araşdırılır.

# 1000
avatar

Oxşar yazılar