Müğənni evləndikdən 36 saat sonra boşandığı ərindən danışdı
22 noyabr 2019 18:19 (UTC +04:00)

Müğənni evləndikdən 36 saat sonra boşandığı ərindən danışdı

Türkiyənin məşhur müğənnisi Zerrin Özer boşandığı həyat yoldaşı haqqında danışıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o 3 il birlikdə yaşadığı və evləndikdən 36 saat sonra ayrıldığı Murat Akıncı barədə bu sözləri deyib:

“Heç bir problem yaşamadım. Hər şey çox yaxşıdır. Özümü çox gözəl hiss edirəm”.

Qeyd edək ki, Zerrin Özer və Murat Akıncı evləndikdən 36 saat sonra boşanma qərarı veriblər. Buna səbəb isə Muradın dələduzluqda ittiham olunmasıdır. 

# 2780
avatar

Oxşar yazılar