Türkiyənin sərnişin təyyarəsi Odessada qəza enişi etdi
22 noyabr 2019 05:37 (UTC +04:00)

Türkiyənin sərnişin təyyarəsi Odessada qəza enişi etdi

 


“Turkish Airlines”  - Türk Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Odessa Hava Limanına qəza enişi edib, bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib. 

APA Odessanın "Duma" nəşrinə istinadla xəbər verir ki, İstanbul-Odessa marşrutu üzrə uçan təyyarənin ön eniş mexanizmi sıradan çıxıb. 

Qeyd edilib ki, güclü külək səbəbindən pilotlar ilk cəhddə təyyarəni eniş zolağına endirə bilməyib. 

Nəşrin yazdığına görə, bu, Odessada gün ərzində ikinci belə hadisə olub. Bundan əvvəl oxşar hadisə özəl şirkətə məxsus “Gulfstream” təyyarəsinin enişində də baş verib. Bu təyyarədə də eynilə həmin problem - eniş qurğusu sıradan çıxıb.

# 1189
avatar

Oxşar yazılar