Azərbaycanda azyaşlıların fahişəliyə cəlb edilməsinə görə 57 cinayət işi açılıb
21 noyabr 2019 13:37 (UTC +04:00)

Azərbaycanda azyaşlıların fahişəliyə cəlb edilməsinə görə 57 cinayət işi açılıb

"Bu ilin ilk yarısında törədilən azyaşlıların cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə olan cinayətlər, habelə azyaşlıların fahişəliyə, əxlaqsız əməllərə cəlb edilməsi üzrə 57 cinayət işi başlanılıb".

APA xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat - axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib

O bildirib ki, mütəmadi şəkildə uşaqlara qarşı törədilən cinayətlərin təhlili aparılır: "Onlardan Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə 12 cinayət işi, 152-ci maddəsi ilə 40 cinayət işi, 153-cü maddəsi ilə 5 cinayət işi olub. Bu ilin birinci yarımilində ümumilikdə 38 cinayət işi üzrə istintaq tamamlanaraq məhkəmələrə göndərilib. Həmin işlər üzrə bəraət hökmü olmayıb. Cinayət işləri üzrə 19 şəxs barəsində həbs qətimkan tədbiri seçilib".

Rəis müavininin sözlərinə görə, bunlar Daxili İşlər Nazirliyi və prokurorluq orqanlarının apardığı istintaqla müəyyənləşən statistikadır.

# 1914
avatar

Oxşar yazılar