Keçmiş məhkumların dəstəsi fermaya basqın etdi
21 noyabr 2019 13:01 (UTC +04:00)

Keçmiş məhkumların dəstəsi fermaya basqın etdi

Noyabrın 19-da saat 3 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisindəki fermaların birindən 8 baş inəyin oğurlanması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Lent.az-a nazirlikdən verilən məlumata görə, dərhal rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər həyata keçirib. Fermanın gözətçisi izahatında şəxsiyyəti məlum olmayan 4 nəfərin ona hədə-qorxu gələrək inəkləri aparmasını bildirib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğun Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Vəliyev in bir qrup şəxslə birgə törətdiyi müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilmişdir ki, onlar oğurlanmış iməkləri Tovuz rayon sakini F.İbrahimova satıb, sonuncu isə heyvanları həmyerlisinə məxsus “QAZel” markalı avtomobilə yükləyib aparıb. İnəklər tapılaraq sahibinə qaytarılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Vəliyev və qrupun digər üzvləri - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Sinisin və R.Moskalyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1177
avatar

Mehman Nəbiyev

Oxşar yazılar