Mourinyo “Tottenhem”də
20 noyabr 2019 11:07 (UTC +04:00)

Mourinyo “Tottenhem”də

 

İngiltərənin “Tottenhem” klubu Joze Mourinyonun baş məşqçi gətirildiyini açıqlayıb.

Lent.az xarici KİV-ə istnadla bildirir ki, portuqaliyalı təcrübəli mütəxəssislə 2,5 illik müqavilə imzalandığı da məlum olub. 

Qeyd edək ki, London klubu argentinalı baş məşqçi Maurisio Poçettinonu istefaya göndərib. 

“Tottenhem”in baş məşqçisi olaraq ilk fikirlərini paylaşan Mourinyo deyib: “Böyük mirasa və tərəfdarlara sahib bir komandaya gəldiyim üçün həyəcanlıyam. Həm heyətin, həm də akademiyanın vəziyyəti mənə yaxşı təsir etdi. Bu oyunçularla çalışmağım mənim üçün çox diqqətçəkicidir”.

# 1013
avatar

Oxşar yazılar