10 yaşlı azərbaycanlı qız 312 gimnast arasında 2-ci oldu
19 noyabr 2019 17:44 (UTC +04:00)

10 yaşlı azərbaycanlı qız 312 gimnast arasında 2-ci oldu

Noyabr ayının 15-dən 17-dək Lüksemburqda Beynəlxalq Gimnastika Federasiyasının dəstəyi ilə “Aurore cup 2019” Bədii Gimnastika üzrə​​ beynəlxalq turniri keçirilib.​

Lent.az xəbər verir ki, Lüksemburqla yanaşı, Almaniya, Macarıstan, Ukrayna və digər ölkələrdən 12 klubun iştirak etdiyi müxtəlif yaş kateqoriyalı 312 gimnastın qatıldığı yarışda Azərbaycanı balaca gimnastımız – Mina Abbasova təmsil edib. 

Yeni proqramla iştirak edən gimnastımız topla ifasına görə 2-ci yerə çıxaraq ümumi hesabda yarışın gümüş medalını qazanıb.

Azərbaycan bayrağına bürünərək qazandığı mükafatını qəbul edən balaca gimnastımız sayca 38-ci medalını (14 qızıl, 20 gümüş, 4 bürünc) qazanıb.    

Mina Abbasova indiyədək iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə hər kəsin diqqətini cəlb edib. O, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri “Rus RG Sport” klubunun üzvüdür. 10 yaşlı balaca gimnastımızının ən böyük arzusu ölkəmizi böyük miqyaslı dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Xatırladaq ki,  bu ay ərzində  artıq  üçüncü böyük qələbəsini qazanan Mina Abbasova noyabrın 1-də Rumıniyanın Arad şəhərində keçirilən turnirində qızıl, ötən həftə isə Sloveniyanın Lyublyana şəhərindəki yarışmada bürünc medala sahib olub.

Qarşıda Minanı ilin son turniri -  Budapeştdə keçiriləcək ənənəvi “Yeni il” Beynəlxalq Gimnastika yarışması gözləyir.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692

Oxşar yazılar