493
15:58
19 Noyabr 2019

Yenidən qurulan yolda çat əmələ gəldi: "Bərpa ediləcək"

"Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci kilometrliyində asfalt-beton örtükdə eninə çat əmələ gəlib".

Bu barədə Lent.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib. O bildirib ki, həmin çatın yaranma səbəblərini mütəxəsislər araşdırıb:

"Ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb.

Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.

Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək".