Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olundu - YENİLƏNİB
19 noyabr 2019 15:14 (UTC +04:00)

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olundu - YENİLƏNİB

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

APA-nın xəbərinə görə, müvafiq sərəncamla bu vəzifəyə İbrahim Məmmədov təyin edilib.

Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinə rəhbər təyin olunan İbrahim Məmmədov yeni təyinatına münasibət bildirib.

O, özünün “Facebook” səhifəsinə bu etimada görə təşəkkür edib: “Bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm!

Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram!

Əvvəlki mətbuat xidmətinin rəhbəri, dostum Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayır və əməkdaşlığa ümid edirəm!”.

# 1726
avatar

Oxşar yazılar