Kirayədə yaşadığı evdən çıxıb itkin düşən gənc  tapıldı
19 noyabr 2019 14:05 (UTC +04:00)

Kirayədə yaşadığı evdən çıxıb itkin düşən gənc tapıldı

Bakının Nizami rayonunda itkin düşən şəxs tapılıb.

Lent.az-ın məlumatına görə, Nizami rayonu, R.Rüstəmov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü C.Quluzadə noyabrın 6-da, saat 16 radələrində həmin ünvandan çıxaraq geri qayıtmayıb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri ilə C.Quluzadə tapılıb.

# 581
avatar

Mehman Nəbiyev

Oxşar yazılar