Paytaxın məşhur şadlıq sarayında kütləvi ZƏHƏRLƏNMƏ: "Araşdırma aparılır" - RƏSMİ
18 noyabr 2019 14:21 (UTC +04:00)

Paytaxın məşhur şadlıq sarayında kütləvi ZƏHƏRLƏNMƏ: "Araşdırma aparılır" - RƏSMİ

"Bakıda "Şahənşah" restoranında kütləvi zəhərlənmə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) heç bir məlumat daxil olmayıb".

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq qurumun mətbuat katibi Aysel Fərziyeva bildirib. O qeyd edib ki, ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır.

Qeyd edək ki, yerli mediada yayılan məlumata görə, hadisə noyabrın 13-də baş verib və toyda ən azı 10 nəfər zəhərlənib.

# 1756
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar