354
11:36
18 Noyabr 2019

Arvadını öldürüb qaçan kişi Bakıda tutuldu

Gəncədə arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən, 1986-cı il təvəllüdlü Zaur Orucov Bakıda həbs edilib.

Qeyd edək ki, məlum hadisə noyabrın 16-da Gəncədə baş verib. 1986-cı il təvəllüdlü Zaur Orucov həyat yoldaşı Nuranə Orucovanı 8 bıçaq zərbəsi ilə öldürüb. Z.Orucov hadisəni törətdikdən sonra qaçıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.