Azərbaycandakı qadın sahibkarların sayı AÇIQLANDI
18 noyabr 2019 11:34 (UTC +04:00)

Azərbaycandakı qadın sahibkarların sayı AÇIQLANDI

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 200 minə yaxındır.

"APA-Economics"in məlumatına görə, bunu “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı forumda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, onlardan təxminən 33 faizi Bakıda, 17 faizi Aranda, 16 faizi Gəncə-Qazax, 10 faizə  yaxını isə Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.

# 1018
avatar

Oxşar yazılar