İlham Əliyev Latviya prezidentini təbrik edib
16 noyabr 2019 15:58 (UTC +04:00)

İlham Əliyev Latviya prezidentini təbrik edib

Prezident İlham Əliyev Latviyanın Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, 

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Latviyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və firavanlıq arzulayıram".

Hörmətlə, İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2019-cu il.

# 870
avatar

Oxşar yazılar